“CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq

Bakı. 19 may. REPORT.AZ/ “Caspian Development Bank” ASC-yə (“CDB Bank”) məxsus plastik kartlar istifadə müddətindən asılı olmayaraq bu ayın sonuna qədər aktiv olacaq.

“Report”un əldə etdiyi məlumata görə, gələn aydan həmin kartlar bankın birləşmə prosesində olduğu “Atabank” ASC-nin kartları ilə əvəz olunacaq.

Xatırladaq ki, iki bankın birləşməsinə ötən ay qərar verilib. Qərara əsasən, birləşmə nəticəsində yaranacaq yeni bank “Atabank” adı ilə bazarda fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər