“Caspian İnvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 62 min manat zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 5,6 dəfə çoxdur.
Bu il yanvarın 1-nə “Caspian İnvest”in aktivləri 486 min manat olub ki, bu da illik müqayisədə 19,4 % azdır. Bunun 336 min manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 27,1 % kiçilib.
Hesabat dövründə “Caspian İnvest”in öhdəlikləri 32,7% azalaraq 111 min manata, balans kapitalı isə 14,4 % azalaraq 375 min manata düşüb.
Xatırladaq ki, “Caspian İnvest” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.