“Capital Partners İnvestisiya Şirkəti” ötən ili zərərlə başa vurub

“Capital Partners İnvestisiya Şirkəti” QSC 2022-ci ili 7 min manat zərərlə başa vurub. Halbuki, maliyyə qurumu 2021-ci ildən 14 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Capital Partners"in aktivləri 596 min manat olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 78,8 % artaraq 59 min manata, balans kapitalı isə 2,4 dəfə artaraq 537 min manata, o cümlədən nizamnamə kapitalı 5 dəfə artaraq 400 min manata çatıb.

Xatırladaq ki, “Capital Partners" 2007-ci ildə yaradılıb. İnvestisiya şirkətinin səhmdarı 100 % "Rabitəbank" ASC-dir.

Digər xəbərlər