Bugünkü hərracda bankların valyuta tələbatının 9%-i təmin edilib

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə bu gün keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsinin həcmi 50 mln. dollar təşkil edib. 

"Report"un ARDNF-yə istinadən verdiyi xəbərə görə, hərraca çıxarılmış vəsaitdən 49,4 mln. dollarlıq məbləğ 28 kommersiya bankına satılıb. 

"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, hərracda kommersiya banklarının valyuta tələbatının yalnız 9%-i ödənilib.

"Report" analitik qrupu məzənnənin sabah, avqustun 5-nə 1,5979 AZN/USD olacağını ehtimal edir. Dolların məzənnəsinin artım prosesinin önümüzdəki günlərdə davam edəcəyi gözlənilir.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46