Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 760 milyon manatını və yaxud 2,8%-ni büdcə təşkilatları ödənişli xidmətlərinin hesabına təmin edəcək.
"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,6% çoxdur.