Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində həyata keçirilən tikinti işlərinin əsas göstəriciləri açıqlanıb.
“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu ilin 9 ayında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,6 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 6,2 %-ini əsaslı təmir, 5,8 %-ini cari təmir, 20,4 %-ini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 89,1 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.