“Azərbaycanın bank sektorunda hələ də zəiflik var və bu, beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.
“Bank sektorunun sağlamlaşdırılması ilə bağlı işlər davam edir və bu ilin I yarısında başa çatdırılacaq”, - o qeyd edib.