“BTB Kapital İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 650 min manat və yaxud 65% azaldaraq 1 milyon manatdan 350 min manata endirdiyini elan edib.
“Report” bu barədə rəsmi mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə investisiya şirkətinin dövriyyədə olan 1 000 ədəd adi, adlı, sənədsiz səhminin nominal dəyəri 1 000 manatdan 350 manata endiriləcək.
Xatırladaq ki, “BTB Kapital” 2018-ci ildə yaradılıb. İnvestisiya şirkətinin səhmdarı 100% “Bank BTB” ASC-dir.