“BTB Kapital İnvestisiya Şirkəti” ASC 2021-ci ili 120 min manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 45,9% azdır.
Ötən il “BTB Kapital”ın vergiyəqədərki mənfəəti 149 min manat (illik müqayisədə 46,6% az), mənfəət vergisi ödəmələri isə 29 min manat (49,1% az) təşkil edib.
Bu il yanvarın 1-nə “BTB Kapital”ın aktivləri 3,58 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri təxminən 6,6 dəfə artaraq 2,295 milyon manata, balans kapitalı isə 10,3% artaraq 1,285 milyon manata çatıb.
Xatırladaq ki, “BTB Kapital” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. İnvestisiya şirkəti səhmdarı 100% “Bank BTB” ASC-dir.