"Brand Credit" MMC bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasına yeni sədr təyin edilib.
"Report" xəbər verir ki, bu, Azər Hümbətovdur.
O, bundan əvvəl "Prior Leasing" ASC-nin İdarə Heyətinin (İH) sədri, eləcə də bu lizinq şirkətinin törəməsi olan "Prior Credit" QSC BOKT-un Müşahidə Şurasının sədri olub, yeni vəzifəsində isə bir qədər əvvəl "Brand Credit"in İH-nin sədri təyin edilmiş Şahin Mirzəyevi əvəz edib.
Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,9 milyon manatdır. BOKT-un təsisçiləri 74,9% payla Yeganə Vəliyeva, 22,26% payla Əli Hüseynov və 2,84% payla Şəbnəm Vəliyevadır.