"Brand Credit" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Rahil Əhmədov vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, BOKT-a rəhbərlik Şahin Mirzəyevə həvalə olunub.
Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,9 milyon manatdır. BOKT-un təsisçiləri 74,9% payla Yeganə Vəliyeva, 22,26% payla Əli Hüseynov və 2,84% payla Şəbnəm Vəliyevadır.