"Petrokem Qrup" MMC nizamnamə kapitalını 2,139 milyon manat və yaxud 16,3 % azaldaraq 13,09 milyon manatdan 10,951 milyon manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Petrokem Qrup" 1993-cü ildə yaradılıb, BP-nin Azərbaycanda sürtkü yağları üzrə eksklüziv distribyutorudur. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) və “Cənubi Qafqaz” boru kəməri (CQBK) üzrə obyektlərə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini həyata keçirir.