BP bu ilin I rübünü mənfəətlə baş vurub

BP neft şirkəti bu ilin I rübünü 4,667 milyard ABŞ dolları mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 4,365 milyard ABŞ dolları zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, bu barədə şirkətin bu ilin yanvar-mart ayları ilə bağlı hesabatında qeyd edilib.

Bu ilin I rübündə BP-nin aktivləri 269,925 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur. Hesabat dövründə BP-nin öhdəlikləri 1,5% azalaraq 179,339 milyard ABŞ dollara, balans kapitalı 5,9% artaraq 90,586 milyard ABŞ dollara, nizamnamə kapitalı isə 6,6% artaraq 75,959 milyard ABŞ dollara çatıb.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23