Bakı. 23 may. REPORT.AZ/ Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoinin qiyməti ötən günlə müqayisədə 5,5% azalaraq 7 834 ABŞ dollarına düşüb.
"Report"un məlumatına görə, digər əsas kriptovalyuta - "Etherium" isə 11% ucuzlaşıb.
Hazırda onun qiyməti 614 dollardır.
Qiymət azalması digər kriptovalyutalarda da müşahidə olunur.