Bitkoin yenidən 8 000 dollardan baha satılır

Bakı. 31 iyul. REPORT.AZ/ Bitkoin yenidən 8 000 dollardan baha satılır.

"Report"un məlumatına görə, dünən kriptovalyutanın qiyməti 7 861 dollar səviyyəsində olsa da, hazırda onun dəyəri 8 140 dollar təşkil edir.

Qeyd edək ki, bitkoin iyunun aşağı göstəricilərdən sonra kəskin bahalaşıb və hazırda 7 800-8 200 dollar arasında satılır.

Digər xəbərlər