“Birkart” BOKT “Umico”da payını artırıb

“Kapital Bank” ASC-yə məxsus “Birkart” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Umico" əmtəə nişanının sahibi "Competo" MMC-də payını artırıb.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən il "Birkart" "Umico"ya 20,861 milyon manat investisiya qoyaraq payını 48 %-dən 60,3 %-ə çatdırıb və əsas təsisçiyə çevrilib. Əvəzində “PAŞA Holdinq” MMC-nin payı 52 %-dən 39,7 %-ə düşüb.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23