"Birkart" BOKT maliyyə vəziyyətini açıqlayıb

"Birkart" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 117 min manat zərərlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 2,3 dəfə azdır.

Bununla da, BOKT-un yığılmış zərəri illik müqayisədə 18 % artaraq 770,4 min manata çatıb.

Bu il yanvarın 1-nə "Birkart"ın aktivləri 62,321 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə "Birkart"ın öhdəlikləri 2 dəfə azalaraq 1 min manata düşüb, balans kapitalı isə 2 dəfə artaraq 62,320 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 63,090 milyon manata çatıb.

Xatırladaq ki, "Birkart" 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % "Kapital Bank" ASC-dir.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46