"Birbank"da “Birinci” tarifinə qoşul, bonuslar qazan!

Ölkənin ilk rəqəmsal bankı "Birbank", innovasiya və sürət lideri “Bakcell” MMC ilə əməkdaşlıq çərçivəsində ölkədə bir ilkə imza atır. Belə ki, müştərilər “Bakcell”in yalnız “Birinci” tarifinə aid boş SIM kartlarını əldə edərək, zərfin içərisində təqdim olunan QR kod vasitəsilə nömrəni onlayn formada, heç bir sənəd təqdim etmədən aktivləşdirə və unikal imkanlardan faydalanmaq şansı qaznırlar.

Cəmi 6,9 manatdan başlayan məbləğlə “Birinci” tarifinə qoşularaq sərfəli rabitə xidməti əldə etmək mümkündür. Eyni zamanda “Birinci” tarifinə qoşulan istifadəçilər üçün xüsusi üstünlüklər də təqdim olunur:

SIM kartları "Kapital Bank/Birbank"ın “28 Mall”, “Gənclik Mall”, “Sahil”, “Binəqədi”, “8-ci mikrorayon”, “Yasamal” və “Sumqayıt” filiallarından, eyni zamanda "Bravo" supermarketlər şəbəkəsinin “Gənclik Mall”, “Koroğlu”, “20 Yanvar” və “Əhmədli” filiallarından əldə etmək mümkündür. Kartlar sözügedən filiallarda quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və ya SIM paketinin içərisindəki QR kodu Birbank tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra “Birinci” tarif paketindən faydalana bilərlər.

Ətraflı məlumat üçün: http://b-b.az/btpr

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank" 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilə qədər ölkənin I bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və "PAŞA Holdinq" MMC-yə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək lazımdır.

Digər xəbərlər