Bill Geytsin boşanmadan itirdiyi məbləğ bəlli oldu

“Microsoft” şirkətinin təsisçisi və sahibi Bill Geytsin həyat yoldaşı Melinda ondan boşanandan sonra 1,8 milyard ABŞ dolları məbləğində qiymətli kağız alıb.

“Report” “Bloomberg”-ə istinadən xəbər verir ki, həmin qiymətli kağızlar arasında Kanada Milli Dəmir Yollarının (CN) 1,5 milyard ABŞ dolları məbləğindəki səhmləri, habelə ABŞ-ın “Autonation” avtomobil satışı şirkətində 300 milyon dollarlıq pay var. Bu barədə ABŞ rəsmi qurumları üçün hesabat sənədlərində bildirilir.

“Forbes”-ə görə, Bill Geytsin varidatı 124 milyard dollardır.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46