“Azərbaycanda bəzi bankların maliyyə vəziyyətinin pisləşməsi əlaqəli bizneslərlə bağlıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
Baş bankirin sözlərinə görə, bəzi ekspertlər və hüquqşünaslar insanları çaşdırır: "Moratorium elan edilməsi ilə bağlı qərarı tənzimləyici qurum deyil, məhkəmə verir. Məhkəmə də həmin qərarı Azərbaycan qanunvericiliyinə uyğun qəbul edir. Bundan kənara çıxıla bilməz və çıxılmır. Jurnalistlərin istinad etdiyi bəzi ekspertlər və hüquqşünaslar insanları çaşdırır".