“Bank VTB Azərbaycan” ASC 2021-ci ili 4,213 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 9,1% çoxdur.
Ötən il “Bank VTB Azərbaycan”ın gəlirləri 24,912 milyon manat (əvvəlki illə müqayisədə 75,8% çox), xərcləri 28,366 milyon manat (28,6% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 7,667 milyon manat (34,8% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 232,327 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24% çoxdur. Bunun 152,073 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 76,7% böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 32,6% artaraq 163,602 milyon manata, o cümlədən depozit portfeli 17,9% artaraq 88,78 milyon manata, balans kapitalı isə 7,5% artaraq 68,725 milyon manata çatıb.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.