“Bank VTB Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

“Bank VTB Azərbaycan” ASC bu ilin I rübünü 3,306 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 50,1 % çoxdur.

Yanvar-mart aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 13,807 milyon manat (illik müqayisədə 39,8 % çox), xərcləri 11,072 milyon manat (26,5 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 571 min manat (46,9 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 348,541 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 43,2 % çoxdur. Bunun 206,862 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,5 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 62,5 % artaraq 243,826 milyon manata, o cümlədən depozit portfeli 61,9 % artaraq 128,357 milyon manata, balans kapitalı isə 12,2 % artaraq 104,715 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Digər xəbərlər