“Bank VTB Azərbaycan” ASC 2023-cü ili 10,608 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 10,9 % azdır.
Ötən il “Bank VTB Azərbaycan”ın gəlirləri 34,972 milyon manat (əvvəlki illə müqayisədə 10,9 % az), xərcləri 30,188 milyon manat (17,2 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 8,494 milyon manat (25,7 % az), mənfəət vergisi ödəmələri isə 2,67 milyon manat (16,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 249,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,8 % çoxdur. Bunun 163,761 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,9 % böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 0,4 % artaraq 158,845 milyon manat, o cümlədən depozit portfeli 5,8 % azalaraq 89,351 milyon manat, balans kapitalı isə 13,5 % artaraq 91,055 milyon manat olub.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.