“Bank VTB (Azerbaijan)” plastik kart sahibləri üçün "Pin Set" xidməti təklif edir

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Bank VTB (Azərbaycan)” müştəriləri kartlarına PİN-kodu özləri təyin edə biləcək. Bank PİN-kodsuz kart buraxılışını nəzərdə tutan PİN Set xidmətini tətbiq edib.Kartı aldıqda müştəri şəxsi PİN-kodunu POS-terminal vasitəsilə təyin etməlidir.

“Hər dəfə ödəniş kartı dəyişildikdə yeni kart üçün yeni PİN-kod da verilir. PİN Set funksiyasının tətbiqi müştəriləri maksimal komfortla təmin edir: müştəri onun üçün yadda saxlamağa asan olan rəqəmləri seçir. O, əvvəlki kartının PİN-kodunu istifadə edə və ya bütün kartlara bir kod təyin edə bilər. Əminəm ki, indi müştərilər tərəfindən PİN-kodun unudulması və kartdan istifadə imkanının məhdudlaşması halları xeyli azalacaq”, - deyə bank VTB (Azərbaycan)-ın Pərakəndə biznes məhsullarının metodologiya və hazırlanması şöbəsinin rəisi Kamilə Əliyeva bildirib.

Bank müştəriyə seçim hüququ da verir: kart sahibi PİN Set xidmətindən yararlanmaq istəmirsə, ona PİN-kod olan zərf təqdim edilir.  

Digər xəbərlər