"Bank VTB (Azerbaijan)" konvertasiya tariflərini dəyişib

Bakı. 24 fevral. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC konvertasiya tariflərini dəyişib. Hazırda xarici valyutada olan ödəniş kartları ilə AZN valyutasına nağd əməliyyatlar üzrə konvertasiya 5%, nağdsız əməliyyatlar üzrə isə 0,5% təşkil edir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bundan əvvəl isə xarici valyutada olan kartlar üzrə konvertasiya haqqı hər iki halda 0,5% olub.

Milli valyutada olan kartlarla nağd və nağdsız əməliyyatlar üzrə konvertasiya 5%-ə qaldırılıb. Bundan əvvəl isə nağdlaşdırma əməliyyatları və nağdsız əməliyyatlar üzrə konvertasiya 4% təşkil edib.

Qeyd edək ki, depozit kartlarında isə konvertasiya tarifləri dəyişməz qalıb. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46