"Bank VTB (Azərbaijan)"ın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Bakı. 1 mart. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin səhmdarlarının növbədənkənar iclasında Bankın Müşahidə Şurasının (MŞ) yeni tərkibi barədə qərar qəbul edilib.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, Bortnikov Denis Aleksandroviç MŞ-nın sədri, Tsaryev Sergey Vladimiroviç onun müavini, Popov Dmitriy Sergeyeviç isə MŞ-nın üzvü kimi təsdiqlənib.

Qeyd edək ki, hazırda D.Bortnikov "Bank VTB Rusiya" prezidentinin (İdarə Heyəti sədrinin ) müavini vəzifəsində çalışır, S.Tsaryev isə "VTB"nin idarəedici direktorudur.

Digər xəbərlər