"Bank VTB (Azerbaijan)" illik maliyyə göstəricilərini açıqlayıb

Bakı. 17 fevral. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin aktivləri rüblük müqayisədə 0,84% artaraq 2017-ci il yanvarın 1-nə 435 563,04 min manat təşkil edib.

"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Kredit portfeli bu müddətdə 0,3% azalaraq bu il yanvarın 1-nə 362 538,5 min manat olub. Kredit portfelinin 39,6%-i və ya 143 557,3 min manatı istehlak kreditləşməsinin payına düşüb.

Depozit portfeli isə hesabat dövründə 25,6% azalaraq 43 129,61 min manat təşkil edib. AMB-nin banka qarşı tələbləri isə dəyişməz qalaraq 30 mln. manat olub. Bu il yanvarın 1-nə bankın nizamnamə kapitalı 50 815 min manat, məcmu kapitalı 50 680,15 min manat təşkil edib.

"Bank VTB (Azerbaijan)" ötən il ərzində 2 624,88 min manat zərər edib. Qeyd edək ki, bu müddətdə bankın faiz gəlirləri 49 589,71 min manat, faiz xərcləri 28 649,79 min manat, qeyri-faiz gəlirləri 4 826,68 min manat, qeyri-faiz xərcləri 20 696,63 min manat təşkil edib.

Digər xəbərlər