“Bank VTB (Azerbaijan)” daha bir ödəniş sisteminə qoşulub

Bakı. 26 yanvar. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC “Express Pay” ödəniş sisteminə qoşulub. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu, müştərilərə Bankın ofislərinə gəlmədən kredit ödənişlərini etməyə imkan verəcək.

Ödəniş üçün “Express Pay” terminallarının "Banklar "bölməsində “Bank VTB (Azerbaijan)”ı seçmək lazımdır. Bundan sonra 3 parametrdən birini - müştərinin Pin kodunu, kredit müqaviləsinin nömrəsini, kredit kartının son 6 rəqəmini daxil etmək tələb olunur. Ödəniş başa çatdıqdan sonra müştəri təsdiq qəbzi alır. 

Terminal vasitəsi ilə istənilən krediti ödəmək mümkündür. Kredit üzrə ödəniş yalnız manatla həyata keçirilir (dollar kreditləri manat ekvivalentində ödənilir).

"Express Pay" terminalları ilə ödəniş saat 17.00-dan sonra və yaxud qeyri-iş günlərində həyata keçirildikdə məbləğ növbəti iş günündə hesaba köçürülür. 

Beləliklə, hazırda “Е-manat”, “Milli-Ön”, “Easy Pay”, “ExpressPay” ödəniş terminalları, eləcə də www.hesab.az, www.e-pul.az, www.kassam.az onlayn sistemləri kimi ödəniş kanalları “Bank VTB (Azerbaijan)”ın müştərilərinin ixtiyarındadır. Bundan başqa, müştərilər ödənişləri "VTB Online", "VTB Mobile internet" və mobil bank vasitəsi ilə də həyata keçirə bilər.

Digər xəbərlər