Bakı. 29 yanvar. REPORT.AZ/ Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən növbəti iclasında kreditorlar Bankın əmlaklarının satışı ilə bağlı hərraclara və verilmiş kreditlərin qaytarılması ilə bağlı məhkəmə proseslərinə nəzarət üzrə 2 işçi qrupu yaradıb.
“Report” xəbər verir ki, birinci işçi qrupuna 5 nəfər, ikinci işçi qrupuna isə 2 nəfər daxil edilib.
Bununla da, iclas başa çatıb. Növbəti iclasın tarixi barədə hələ ki, kreditorlara məlumat verilməyib.