Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası sentyabrın 24-də keçiriləcək.
“Report” xəbər verir ki, bununla bağlı qərar bugünkü iclasda qəbul edilib.
Bundan başqa, Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov növbəti iclasa qədər qurumun yeni seçilən sədr və katibinin təsdiqlənəcəyinə ümid etdiyini bildirib. Bununla da iclas başa çatıb.