“Bank Standard”ın Kreditorlar Komitəsinə sədr seçmək mümkün olmayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən ilk iclasında quruma sədr seçmək mümkün olmayıb.

“Report”un məlumatına görə, kreditorların təklifi ilə bu məsələnin 1 həftədən sonra müzakirə edilməsinə qərar verilib.

Bununla yanaşı, kreditorlar bankdan alacağı olan Xəzər Universitetinin İnkişaf Mərkəzinin rəhbəri Raziyə İsayevanı Kreditorlar Komitəsinin iclasının katibi seçiblər.

Digər xəbərlər