Bakı. 31 yanvar. REPORT.AZ/ Mərkəzi Bankların monetar stimullaşdırmanı azaltması qərarı maliyyə bazarlarında şok yarada bilər, amma bu 2018-ci ildə olmayacaq.
"Report" Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu İspaniyanın "Bank Santander"inin İdarə Heyətinin sədri Ana Botin deyib.
"10 ildir ABŞ-da, 4-5 ildir İspaniyada iqtisadi artım davam edir. Monetar stimullaşdırmanın dayandırılması ilə maliyyə bazarlarında turbulentlik yarana bilər. Amma bunun nə zaman olacağını ehtimal etmək çətindir", - deyə o qeyd edib.
Bankirin fikrincə, maliyyə bazarlarında şiddətli dalğalanma riski 2018-ci illə müqayisədə 2019-da daha çoxdur.