Bakı. 28 fevral. REPORT.AZ/ Martın 30-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Bank Respublika”nın yeni səhmlərinin dövriyyəyə buraxılması yolu ilə onun nizamnamə kapitalının artırılması, bununla əlaqədar Bankın nizamnaməsinə müvafiq dəyişiklik edilməsi, eləcə də kredit təşkilatının Audit Komitəsinin tərkibinə baxılması məsələləri daxildir.
Xatırladaq ki, 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 67,481 mln. manatdır.