“Bank Respublika”nın xalis mənfəəti bölüşdürüləcək

Yanvarın 24-də, saat 12:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Respublika"nın Müşahidə Şurasının əsasnaməsinin və yeni tərkibinin təsdiq edilməsi, nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, 2021-ci ilin maliyyə nəticələrinin müzakirə olunması, mükafatların ödənilməsi və Bankın xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır. Bankın səhmlərinin 51,15%-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 16,6%-i Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyasına, 15,06%-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,41%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.

Digər xəbərlər