Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Bank Respublika" ASC-nin 5 milyon ABŞ dolları faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 5 000 ədəd istiqraza 62 investor 5 milyon dollarlıq 62 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 8 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirikəti" QSC-dir.
Emitent istiqrazları yerləşdirildiyi tarixdən 3 il sonra geri ala bilər.