"Bank Respublika"nın əsas səhmdarı Bankdakı payını artırıb

"Bank Respublika" ASC-nin səhmlərinin 16,6%-nə nəzarət edən Almaniyanın DEG - İnvestisiya və İnkişaf Korporasiyası payını satıb.

"Report" xəbər verir ki, onun payını Bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarı Natiq Quliyev alıb.

Beləliklə, onun payı 51,15 %-dən 67,75 %-ə yüksəlib.

"Bank Respublika"nın səhmlərinin yenə də 15,06 %-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,41 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25 %-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08 %-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır.

Digər xəbərlər