"Bank Respublika" əsgərlərə Novruz sevinci yaşatdı

Xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində “Bank Respublika” ASC-nin əməkdaşları işğaldan azad olunmuş torpaqlarımızda, dağlıq ərazidə yerləşən hərbi hissələrə səfər edərək Rəşadətli Ordumuzun əsgərlərini ziyarət ediblər.

Səfər çərçivəsində Bankın əməkdaşları hərbi hissənin şəxsi heyəti ilə görüş keçirib, onların gündəlik həyatı və xidmət şəraiti ilə yaxından tanış olub, səmimi söhbətlər aparıblar. Bankın əməkdaşları əsgərlərin göstərdiyi xidmətin əhəmiyyətini vurğulayaraq, onların fədakarlıqlarına görə minnətdarlığını ifadə ediblər.

Bank əsgərlərə bayram sovqatları, eləcə də hərbi hissənin ümumi istifadəsi üçün müxtəlif avadanlıqlar təqdim edib. Hərbi hissə “Bank Respublika”ya əsgərlərə daim göstərdiyi diqqət və qayğıya görə təşəkkürnamə təqdim edib.

Əsgərlərlə görüşün keçirilməsində məqsəd – Vətənimizin keşiyində dayanan əsgərlərə mənəvi dəstək olmaq, bayram günlərində onların diqqətdən kənarda qalmadığını vurğulamaq və cəmiyyətin onlara olan dərin ehtiramını nümayiş etdirmək olub.

Bank gələcəkdə də bu kimi təşəbbüslərlə ölkəmizin inkişafına, milli birlik və həmrəyliyin gücləndirilməsinə öz töhfəsini verməyə davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Xəbər lenti