"Bakı Sığorta" ASC-nin səhmlərinin 19,76 %-nə nəzarət edən "Toyota Absheron Center", 6,84 %-nə nəzarət edən "Yeni Motor" və 1,53 %-nə nəzarət edən "Dimond Motors" MMC-lər paylarını satıb.
"Report" xəbər verir ki, onların payını sığorta şirkətinin əsas səhmdarı - "Bank Respublika" ASC alıb.
Bununla da, Bank payını 51,29 %-dən 79,42 %-ə çatdırıb.
Səhmlərin qalan hissəsi Murad Rəhimova (6,97 %), Behbud Nəcəfova (6,93 %) və "Ekolizinq" MMC-yə (6,68 %) məxsusdur.
Xatırladaq ki, "Bakı Sığorta" 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır.