Bakı. 5 mart. REPORT.AZ/ “Bank of Baku” ASC “8 Martda “Bolkart”la hədiyyə alanlara, +3 ay hədiyyə” şüarı altında yeni kampaniyaya başlayıb.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Kampaniya çərçivəsində “Bolkart”ın partnyor şəbəkəsinə aid gül salonu, parfümeriya və telefon mağazalarında alış-veriş edən kart sahibləri ödəniş müddətlərinə əlavə 3 ay qazanacaqlar.
Yəni kampaniya dövrü ərzində “Bolkart” sahibləri 3 ay müddətinə etdikləri alış-verişlərin xərcini 6 aya, 6 ay müddətinə etdikləri alış-verişlərin xərcini 9 aya, 12 ay müddətinə etdikləri alış-verişlərin xərcini isə 15 aya ödəyəcəklər.
Kampaniya martın 11-nə qədər qüvvədədir.