"Bank BTB” ASC 2024-cü ili 839 min manat zərərlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 69,8 % və yaxud 3,3 dəfə azdır.
Ötən il "Bank BTB”nın əməliyyat gəlirləri 37,257 milyon manat (illik müqayisədə 7,6 % çox), əməliyyat xərcləri 31,766 milyon manat (0,1 % az), xüsusi ehtiyatlara ayırmalara 1,357 milyon manat (1 il bundan əvvəl qənaət edib), gözlənilməz xərcləri isə 4,973 milyon manat (36,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Bank BTB”nin aktivləri 362,817 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,7 % azdır. Bunun 270,047 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,5 % böyüyüb.
Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 3,2 % azalaraq 311,347 milyon manat, o cümlədən depozit portfeli 5 % azalaraq 145,186 milyon manat, balans kapitalı isə 8,7 % artaraq 51,471 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,5 % artaraq 71,45 milyon manat olub.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.