“Bank Avrasiya” ASC nizamnamə kapitalını 21,8 milyon manat və yaxud 43,6 % artıraraq 50 milyon manatdan 71,8 milyon manata çatdırıb.
“Report” xəbər verir ki, kapital artımı üçün maliyyə qurumunun dövriyyədə olan 20 min səhminin nominal dəyəri 2 500 manatdan 3 590 manata çatdırılıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.