“Bank Avrasiya”nın xalis mənfəəti 35% azalıb

“Bank Avrasiya” ASC 2021-ci ili 793 min manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 35,3% azdır.

Ötən il “Bank Avrasiya”nın gəlirləri 13,958 milyon manat (əvvəlki illə müqayisədə 11,9% çox), xərcləri 7,852 milyon manat (13,4% çox), xüsusi ehtiyatlara ayırmaları isə 5,09 milyon manat (27,5% çox), mənfəət vergisi ödəmələri isə 223 min manat (32,6% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bank Avrasiya”nın aktivləri 167,444 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,8% çoxdur. Bunun 95,438 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 2,6% kiçilib.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 8,1% artaraq 95,701 milyon manata, o cümlədən depozit portfeli 13,7% artaraq 50,069 milyon manata, balans kapitalı isə 0,8% artaraq 71,744 milyon manata çatıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Digər xəbərlər