"Bank Avrasiya"nın depozit portfeli 14 % azalıb

"Bank Avrasiya" ASC bu ilin I yarısını 4.417 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,2 dəfə çoxdur.

Yanvar-iyun aylarında "Bank Avrasiya"nın əməliyyat gəlirləri 9,426 milyon manat (illik müqayisədə 11,6 % çox), əməliyyat xərcləri 5,962 milyon manat (20,1 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 516 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), gözlənilməz gəlirləri isə 437 min manat (17,5dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Bank Avrasiya"nın aktivləri 195,236 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,5 % azdır. Bunun 120,157 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,2 % böyüyüb.

Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 7,3 % azalaraq 106,268 milyon manata, o cümlədən depozit portfeli 14 % azalaraq 57,377 milyon manata düşüb, balans kapitalı isə 9,1 % artaraq 88,967 milyon manata çatıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 49,5 %-i "Top Properties" MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.

Digər xəbərlər