Bakı. 16 aprel. REPORT.AZ/ “Bank Avrasiya ASC-nin aktivləri illik müqayisədə 10,7% artaraq bu il aprelin 1-nə 162 216,3 min manata çatıb.
“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Son 1 ildə "Bank Avrasiya"nın kredit portfeli 0,7% artaraq 89 790,4 min manat təşkil edib.
Hesabat dövründə Bankın cəmi öhdəlikləri 16% artaraq 100 002,7 min manat, o cümlədən müştəri depozitləri 11,8% azalaraq 33 111,6 min manat olub.
Martın sonuna kredit təşkilatının cəmi kapital isə 62 213,6 min manat təşkil edib ki, bu da illik müqayisədə 3,3% çoxdur.
“Bank Avrasiya” yanvar-mart aylarında 1 379,5 min manat əməliyyat mənfəəti əldə etdiyi halda, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət hesabına mənfəəti 3 233,7 min manata yüksəlib. Bankın mənfəətində ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azalma qeydə alınıb.
Rüb ərzində "Bank Avrasiya"nın faiz gəlirləri 2 794,3 min manat, faiz xərcləri 657,2 min manat, qeyri-faiz gəlirləri 296,9 min manat, qeyri-faiz xərcləri 1 054,5 min manat təşkil edib.