Bakı Nəqliyyat Agentliyi (BNA) 320 ədəd yeni avtobusun və 20 digər avadanlığın ölkəyə gətirilməsi ilə əlaqədar gömrük prosedurlarının rəsmiləşdirilməsi məqsədilə broker xidmətlərinin satın alınması üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 13-ü, saat 13:00-a qədər BNA-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Ziya Bünyadov prospekti, 111 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 404-41-20 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.