Bakıda əməkhaqqı 8 %-dən çox artıb

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 974,7 manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin ilk ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,2 % artıb.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 10,9 % artaraq 765,9 manat olub.

Digər xəbərlər

Aqroservis auditor seçir 30 yanvar, 2026 / 09:00