Bakı. 25 iyul. REPORT.AZ/ Bakıda blokçeyn və bitkoin konfransı keçiriləcək.
"Report"un məlumatına görə, konfransın sentyabrın 27-də keçirilməsi nəzərdə tutulur.
Konfransda Azərbaycan və digər ölkələrdən bu sahədə ixtisaslaşmış təşkilatların və şirkətlərin nümayəndələri iştirak edəcək və blokçeyn prosesi, kriptovalyutalar, onların üstünlükləri barədə çıxış edəcəklər.