Bakı Mühəndislik Universiteti sığortaçı seçir

Bakı Mühəndislik Universiteti (BMU) səfər sığortası üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini mayın 19-na qədər BMU-nun yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 120 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 19-u, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Meqa Sığorta" ASC olub. Şirkətə 2 324 manat ödənilib.

Digər xəbərlər