Bakı. 27 iyul. REPORT.AZ/ Bu gündən etibarən "Bank Technique" ASC “Bakı Metropoliteni” QSC-nin stansiyalarında yerləşən kartyükləmə aparatlarında toplanan pulların inkassasiyası xidmətlərini göstərməyəcək.
"Report"un "Bank Technique" ASC-dəki mənbəsindən aldığı məlumata görə, həmin xidmət "Kapital Bank" ASC-yə verilib.
Metropolitenin mətbuat xidmətindən "Report"a bu məlumatı təsdiq ediblər.