"Bakı Metropoliteni" ölçmə vasitələrinin yoxlanması xidmətini alır

"Bakı Metropoliteni" QSC ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərbaycan Metrologiya İnstitutu”dur.

Qalib şirkətə 1 mln 371,8 min manat ödəniləcək.

Digər xəbərlər

Aqrar Sığorta Fondu auditor seçib 08 dekabr, 2025 / 17:40